olkepress.com
olkepress.com

SOCAR Gürcüstanda qazlaşdırma səviyyəsini 78 faizə çatdırıb

5-03-2020, 16:59

SOCAR Gürcüstanda qazlaşdırma səviyyəsini 78 faizə çatdırıb“SOCAR Gürcüstanda qazlaşdırma işlərini davam etdirir”.

Report xəbər verir ki, bu barədə “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov Azərbaycan-Gürcüstan biznes forumunda bildirib.
Onun sözlərinə görə, 2008-ci ildə Gürcüstanda qazlaşdırma səviyyəsi 46% olub: “SOCAR-ın apardığı qazlaşdırma işləri nəticəsində bu göstərici hazırda 78 faiz təşkil edir”.
M.Məmmədov qeyd edib ki, SOCAR-ın Gürcüstanda apardığı qazlaşdırma işləri çərçivəsində hər il 10 mindən çox abunəçi təbii qazdan istifadə imkanı əldə edir.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi