olkepress.com
olkepress.com

Bakıda Azərbaycan-Rostov vilayəti biznes forumu keçirilir

4-03-2020, 13:36

Bakıda Azərbaycan-Rostov vilayəti biznes forumu keçirilirMartın 4-də Bakıda Azərbaycan-Rostov vilayəti biznes forumu keçirilir.

AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubev ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb.
O bildirib ki, biznes forumun məqsədi Azərbaycan və Rostov vilayəti arasında ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlığın inkişafı məsələlərinin müzakirəsidir.
Diqqətə çatdırılıb ki, ötən il Azərbaycan ilə Rostov vilayəti arasında ticarət dövriyyəsi 61 milyon dollar təşkil edib. Rostov vilayəti Azərbaycana maşınqayırma və kimya məhsulları tədarük edir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib. O diqqətə çatdırıb ki, Azərbaycan ilə Rostov vilayəti arasında ticarət dövriyyəsinin artırılması üçün imkanlar genişdir. Biznes forumda Azərbaycan və Rostov vilayətinin müxtəlif sahələri təmsil edən şirkətlərin nümayəndələri iştirak edir.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi