olkepress.com
olkepress.com

Koronavirus ən zənginləri də “vurdu” – 444 milyard dollar itirdilər

29-02-2020, 12:14

Koronavirus ən zənginləri də “vurdu” – 444 milyard dollar itirdilərYeni növ koronavirusun yayılması və bunun da nəticəsində fond bazarlarında vəziyyətin daha da pisləşməsi səbəbindən son bir həftədə dünyanın 500 ən zəngin insanı 444 milyard dollar itirib. Bu barədə “Bloomberg” xəbər verir.

Agentlik bildirir ki, ən böyük zərəri isə Ceff Bezos, Bill Qeyts və Bernar Arno çəkib. Onlar birlikdə təxminən 30 milyard dollar itiriblər. Lider isə 11,9 milyarddan məhrum olan Bezosdur.
“Tesla”nın rəhbəri İlon Mask da böyük itki ilə üzləşib, belə ki, onun sərvəti 9 milyard dollar azalıb. İtkilər üzrə liderlər siyahısında Vorren Baffet, Mark Zukerberq və Sergey Brinin də adı çəkilir.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi