olkepress.com
olkepress.com

SOCAR büdcə ödənişlərini artırıb

21-02-2020, 11:49

SOCAR büdcə ödənişlərini artırıbAzərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2019-cu il ərzində dövlət büdcəsinə 1,62 mlrd. manat ödəyib.

SOCAR-ın verdiyi məlumata görə, şirkətin büdcə ödənişləri əvvəlki ilə nisbətən təqribən 1% artıb.
2019-cu ildə şirkətin büdcəyə ümumi ödənişlərində aşağıdakı vergilər əsas paya malikdir: aksiz vergisi 28%, əlavə dəyər vergisi 18%, mənfəət vergisi 16%, ixrac vergisi 10%, mədən vergisi 8%, gəlir vergisi 5%, əmlak vergisi, torpaq vergisi, yol vergisi, mənbədən vergi də daxil olmaqla digər vergi və ödənişlər ümumi ödənişlərin 15%-ni təşkil edib.
SOCAR, həmçinin, hesabat ilində Dövlət Sosial Müdafiə Fonduna 173,6 mln. manat vəsait ödəyib.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi