olkepress.com
olkepress.com

Mikayıl Cabbarov koronavirusun Azərbaycan iqtisadiyyatına təsirindən danışdı

10-02-2020, 20:53

Mikayıl Cabbarov koronavirusun Azərbaycan iqtisadiyyatına təsirindən danışdı“Çində yayılan koronavirusun Azərbaycan iqtisadiyyatı üçün hər hansı bir narahatlıq yaratması üçün əsas yoxdur”.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov jurnalistlərə açılqmasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda 2020-ci il üçün iqtisadi və büdcə proqnozları kifayət qədər mühafizəkar tərtib olunub: “Hər hansı bir proqnoz bildirmək çox tezdir. Bir çox ölkələrin, ilk növbədə Asiya ölkələrinin iqtisadiyyatına müəyyən mənfi təsirlər görünür. Hesab edirəm ki, tələskənliyə yol verməməliyik. Dövlətin aidiyyəti qurumları ilə birgə vəziyyəti izləyib təhlil etməliyik. Bütün ssenarilər işlənilib”.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi