olkepress.com
olkepress.com

Mikayıl Cabbarov, Rövnəq Abdullayev və Cavid Qurbanov Gürcüstana getdi

10-02-2020, 16:44

Mikayıl Cabbarov, Rövnəq Abdullayev və Cavid Qurbanov Gürcüstana getdiAzərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Gürcüstana səfəri başlayıb.

“Report” xəbər verir ki, heyətə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov daxildir.
M.Cabbarov Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və səfirlik əməkdaşları ilə birlikdə Tbilisidə Heydər Əliyev adına parkda Ümummilli Liderin büstünü ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Azərbaycanlı nazir Gürcüstanın Baş naziri Giorgi Qaxaria, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava ilə görüşəcək.
Görüşlərdə Azərbaycan və Gürcüstan arasında ticari-iqtisadi əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunacaq. Nazirin qonşu ölkədə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri və azərbaycanlı iş adamları ilə görüşü də planlaşdırılıb.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi