olkepress.com
olkepress.com

Ukrayna prezidenti Davosda Rövnəq Abdullayevlə görüşüb

23-01-2020, 10:22

Ukrayna prezidenti Davosda Rövnəq Abdullayevlə görüşübUkrayna Prezidenti Vladimir Zelenski Davosda ARDNŞ-in Prezidenti Rövnəq Abdullayev ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, V.Zelenski və Rövnəq Abdullayev Ukraynanın infrastruktur layihələrinə, müəssisələrinə investisiya qoyulması, habelə Ukraynanın qaz nəqli imkanları barədə müzakirə aparıblar. Ukrayna prezidenti ötən ilin dekabr ayında Azərbaycana səfərini xatırladaraq bu səfərin məhsuldar olduğunu deyib: “İnanıram ki, bu görüş ölkələrimiz arasındakı münasibətləri yeni mərhələyə qaldırdı”.
Tərəflər ARDNŞ ilə yeni layihələri, Ukrayna prezidentinin Azərbaycana səfəri zamanı imzalanmış müqavilələrin icrasını müzakirə ediblər.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi