olkepress.com
olkepress.com

Belarus Azərbaycandan neft almağı təklif edib

14-01-2020, 20:17

Belarus Azərbaycandan neft almağı təklif edibBelarus Ukrayna, Azərbaycan, Qazaxıstan, Polşa və Baltikyanı ölkələrdən neft almağı təklif edib.

Bu barədə TASS xəbər yayıb.
Baş nazirinin birinci müavini Dmitri Krutoy bildirib ki, Belarus Rusiya şirkətlərinə əvvəlki həcmdə neft üçün əlavə ödəniş etməyi iqtisadi cəhətdən səmərəli hesab etmir. O, ölkə Prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra Belarusun Azərbaycan, Ukraynaya, Qazaxıstana, Polşaya və Baltikyanı ölkələrə neft alışı ilə bağlı təkliflər göndərdiyini açıqlayıb.
“Hökumət alternativ neft tədarükü üçün sxem hazırlamağa davam edir, bütün mümkün variantları araşdırır. Biz müvafiq kommersiya təklifləri göndərmişik. Zavodlarımızın bütün kommersiya xidmətləri, Belarus Neft Şirkəti, demək olar ki, hər gün bununla bağlı danışıqlar aparır. Hesab edirəm ki, tezliklə konkret neft tədarükü üçün alternativ variantlar tapacağıq”, - deyə o bildirib.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi