olkepress.com
olkepress.com

Gürcüstan gələn il istehlak edəcəyi qazın 92,7 faizini Azərbaycandan alacaq

27-12-2019, 11:28

Gürcüstan gələn il istehlak edəcəyi qazın 92,7 faizini Azərbaycandan alacaqGürcüstan 2020-ci ildə istehlak edəcəyi qazın 92,7 faizini Azərbaycandan alacaq.

“Business Georgia”nın yazdığına görə, Gürcüstanın İqtisadiyyat və İnkişaf naziri Natiya Turnava bildirib ki, hökumət gələn il üçün qaz tədarük planını təsdiqləyib.
Nazir bildirib ki, 2020-ci ildə ölkə üzrə 2,57 milyard kubmetr qaz istehlak olunacağı proqnozlaşdırılır. Bunun 2,39 milyard kubmetri, yəni 92,7 faizi Azərbaycandan alınacaq. Eyni zamanda, Azərbaycan alınacaq qazın 1,51 milyard kubmetri SOCAR-dan, 873,8 milyon kubmetri isə “Şahdəniz” yatağından alınacaq.
Gürcüstan istehlak olunacaq qazın 6,6 faizini, yəni 169,9 milyon kubmetrini Rusiyadan alacaq. Yerli istehsal isə 17,9 milyon kubmetr olmaqla, 0,7 faiz göstərici əldə edəcək.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi