olkepress.com
olkepress.com

SOCAR gələn il “Ümid” yatağında yeni hasilat quyusu qazacaq

25-12-2019, 19:24

SOCAR gələn il “Ümid” yatağında yeni hasilat quyusu qazacaqSOCAR gələn ilin fevral ayında Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” yatağında yeni quyunun qazılmasına start verməyi planlaşdırır.

Bunu “APA-Economics”ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
Onun sözlərinə görə, quyunun qazılması yataqda mövcud olan “Ümid-1” dəniz özülündən aparılacaq. Bu quyuda sutkada 1,5 mln. kubmetr qaz və 200 tondan çox kondensatın istehsalına nail olmaq planlaşdırılır.
“Yataqda qazma işləri bu günə qədər “SOCAR AQŞ” tərəfindən həyata keçirilib, lakin yeni quyu yatağın operatoru olan "Umid-Babek Operating Company"nin (UBOC) birbaşa nəzarəti altında qazılacaq”, - deyə, İ.Əhmədov qeyd edib. Qeyd edək ki, hazırda “Ümid” yatağında üç quyu fəaliyyət göstərir.
Xatırladaq ki, “Ümid” yatağı 2010-cu ildə kəşf edilib. İlkin hesablamalara görə, yatağın ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir. “Ümid” yatağı 2012-ci ildə sənaye istismarına daxil edilib. 2017-ci il yanvarın 12-də “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la “SOCAR Umid Oil and Gaz Ltd.” şirkəti arasında Risk Xidmət Sazişi imzalanıb. Bundan əlavə, blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında “SOCAR Umid Oil and Gas Ltd.” şirkəti və “Umid, Babek Exploration & Production” şirkəti arasında müqavilə imzalanıb.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi