olkepress.com
olkepress.com

Vasif Talıbovdan sərəncam – Bu şəxslərin maaşı 50 faiz artırıldı

25-12-2019, 13:43

Vasif Talıbovdan sərəncam – Bu şəxslərin maaşı 50 faiz artırıldıNaxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Babək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Oxu.Az-ın xəbərinə görə, sərəncamda bildirilir ki, göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə Babək rayonunda icbari tibbi sığorta tətbiq edilməlidir.
Sərəncamla Babək Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib. Naxçıvanın Nazirlər Kabinetinə tapşırılıb ki, Babək Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq vəzifə maaşlarının 2020-ci il yanvarın 1-dən 50 faiz artırılmasını təmin etsin.
Qeyd edək ki, V.Talıbov bundan əvvəl Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalamışdı.
Ordubad Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq vəzifə maaşları 2019-cu il dekabrın 1-dən 50 faiz artırılıb.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi