olkepress.com
olkepress.com

SOCAR: Xəzərə çirkab axıdanlar CƏZALANDIRILACAQ - VİDEO

24-12-2019, 19:35

SOCAR: Xəzərə çirkab axıdanlar CƏZALANDIRILACAQ - VİDEOSosial şəbəkədə yayılan videoda Xəzərə qəhvəyi rəngli xüsusi maddə axıdıldığı görünür. İddialara görə, videoda kanalizasiya suları filterezasiyadan keçirilmədən dənizə axıdılır.

Metbuat.az xəbər verir ki, SOCAR-ın İctimai əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən videoda görünən meydança Neft Daşlarına məxsus meydançadır:
“Meydança müəyyən edilib və növbədə olan personal ilə danışılıb. Bilirsiniz ki, dəniz neftçiləri dənizdə növbə ilə işə çıxırlar. Buna görə digər növbədə çalışan əməkdaşlar da işə qayıdandan sonra, onlardan izahat alınacaq. Videogörüntüdə axan maye zahirən korroziv maddə ilə qarışmış köhnə qazma məhluluna və ya uzun müddət əvvəl çıxarılmış neftin qalıqlarına bənzəyir. İstənilən halda bunların heç birisinin dənizə axıdılması yolverilməzdir. Məsələ həm də burasındadır ki, həmin meydançada son dövrdə hər hansı qazma və ya mənimsəmə işi aparılmayıb, texnogen qəza şəraiti də qeydə alınmayıb. Videoya da diqqətlə baxanda görünür ki, maye suyun səthində hələ çox yayılmamışdı. Sanki kimsə çirkli mayeni axıtmağa başlayan kimi çəkilişə də başlayıb”.
Onun sözlərinə görə, hadisəni səbəbkarı araşdırılır və onun barəsində müvafiq inzibati tədbirlər görüləcək: “Şirkətin qaydalarını pozaraq bu cür çirkli mayenin dənizə axıdılması üçün heç bir texniki zərurət olmayıb. Bunu edən şəxsin məntiqi hələ aydın deyil. Bu cür yolverilməz halın qəfələtən təkrarlanmaması üçün bütün dəniz idarələrində, platformalarda nəzarət gücləndirilib. Hadisənin səbəbkarları müəyyən ediləndən sonra onlar barədə müvafiq inzibati tədbirlər görüləcək”.

Ölkəpress.com



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi