olkepress.com
olkepress.com

Maliyyə nazirindən qərar - İcrasına özü nəzarət edəcək

24-12-2019, 10:58

Maliyyə nazirindən qərar - İcrasına özü nəzarət edəcək“Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” təsdiq edilib.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Maliyyə naziri Samir Şərifov qərar imzalayıb.
S.Şərifov qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıb. Bu qaydalar “Mühasibat uçotu haqqında” qanun, 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli qanunun tətbiqi və Prezidentin 2018-ci il 1 iyun tarixli 105 nömrəli fərmanı, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (KOS üçün MHBS) əsasında hazırlanıb.
Bu qaydalar “Mühasibat uçotu haqqında” qanunun tələblərinə uyğun olaraq maliyyə hesabatlarını KOS üçün MHBS-a uyğun tərtib edən hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə şamil edilir.
Mühasibat uçotu subyektləri KOS üçün MHBS-a uyğun tərtib olunan avtomatlaşdırılmış proqramlar əsasında mühasibat uçotunu aparmaq və maliyyə hesabatlarını tərtib etmək hüququna malikdirlər.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi