olkepress.com
olkepress.com

“SOCAR Petroleum” gələn il 25-dək CNG məntəqəsi açmağı planlaşdırır

17-12-2019, 21:04

“SOCAR Petroleum” gələn il 25-dək CNG məntəqəsi açmağı planlaşdırırGələn il ərzində “SOCAR Petroleum” QSC CNG (“compressed natural gas” - Sıxılmış təbii qaz) yanacaqdoldurma məntəqələrinin sayını artırmağı planlaşdırır.

Report xəbər verir ki, bunu “SOCAR Petroleum” QSC-nin Baş direktorunun innovasiyalar üzrə müavini Elnur Mustafayev bildirib.
Onun sözlərinə görə, bu tip yanacaqdoldurma məntəqələrinin ümumi sayının 25-30-a çatdırılması proqnozlaşdırılır: “Bu gün artıq doqquz CNG yanacaqdoldurma məntəqəsi mövcuddur. Gələn il yanacaqdoldurma məntəqələrinin quraşdırılma planına uyğun olaraq, təqribən 21-25 yanacaqdoldurma məntəqəsinin quraşdırılması planlaşdırılır. Hazırda bizim mövqeyimiz CNG yanacaqdoldurma məntəqələrini mövcud məntəqələrdə quraşdırmaq və istismar etməkdən ibarətdir”. Qeyd edək ki, hazırda beş CNG yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Bu həftə ərzində “SOCAR Petroleum” Bakıda və Abşeron yarımadasında daha dörd CNG yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi