olkepress.com
olkepress.com

“Azəri-Çıraq-Günəşli” yataqlarından bu vaxtadək 498 milyon ton neft çıxarılıb

12-12-2019, 13:20

“Azəri-Çıraq-Günəşli” yataqlarından bu vaxtadək 498 milyon ton neft çıxarılıbXəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından indiyədək 498 milyon ton neft çıxarılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.
SOCAR rəsmisi qeyd edib ki, hazırda respublikada neftin və qazın əsas hissəsi “Azəri-Çıraq-Günəşli” ilə “Şahdəniz” yataqları hesabına əldə olunur. Bu yataqların dərinsulu hissəsində 124 hasilat quyusundan gündəlik 70 min ton neft və 36 milyon kubmetr qaz hasil edilir. İşlənmənin əvvəlindən “Azəri-Çıraq-Günəşli” yataqlarından 498 milyon ton neft və 164 milyard kubmetr qaz hasil olunub.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi