İspaniyanın “Vilyarreal” klubu 29 yaşlı vinger Nikolas Pepe ilə müqavilə imzalayıb.
Tərəflər iki mövsümlük müqavilə imzalayıblar.
Pepenin son klubu Türkiyənin “Trabzonspor”u olub. O, ötən mövsüm Türkiyə çempionatında 19 oyun keçirib və 5 qol vurub. Nikolas Türkiyə klubundan azad agent kimi ayrılıb.
Fil Dişi Sahili millisinin futbolçusu karyerasının böyük hissəsini Fransa klublarında keçirib. “Lill”dəki dövr xüsusilə uğurlu olub. 2019-cu ilin yayında Londonun “Arsenal”ı yarımmüdafiəçi üçün 80 milyon avro ödəyib.
Nikolas “topçular”ın heyətində bütün yarışlarda 112 oyun keçirib və 27 qol vurub. “Transfermarkt” onun dəyərini 8,5 milyon avro qiymətləndirir.