olkepress.com
olkepress.com

Balakəndə dəhşətli qəza: Ana öldü, qızları xəstəxanalıq oldu - VİDEO

19-08-2020, 19:18

Balakəndə dəhşətli qəza: Ana öldü, qızları xəstəxanalıq oldu - VİDEOBalakən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baku TV xəbər verir ki, hadisə axşam saatlarında Balakən-Qabaqçöl avtomobil yolunun Talalar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Xalatala kənd sakini, 60 yaşlı İbrahim Mehdiyevin idarə etdiyi minik maşını ilə rayon sakini, 26 yaşlı Ömər Əlibəyevin idarə etdiyi nəqliyyat vasitəsi toqquşub.

Qəza zamanı “VAZ 21099” markalı avtomobildə olan sərnişin - rayonun Xalatala kənd sakini, 71 yaşlı Həvva Məmmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Sürücü İ.Mehdiyev və digər sərnişinlər, qəza zamanı ölən H.Məmmədovanın qızları - 37 yaşlı Xanım Məmmədova və 49 yaşlı Mehriban Burbaşova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Yaralılardan İ.Mehdiyevin müalicəsi davam etdirilir. Digər yaralıların vəziyyəti yüngül olduğundan onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi