olkepress.com
olkepress.com

Abşeronda yük və minik maşınları toqquşdu: Sürücü xəstəxanalıq oldu - VİDEO

14-08-2020, 13:01

Abşeronda yük və minik maşınları toqquşdu: Sürücü xəstəxanalıq oldu - VİDEOAbşeron rayonunda yük maşını minik avtomobili ilə toqquşub.

Baku TV xəbər verir ki, qəza rayonun Novxanı və Saray kəndlərini birləşdirən yolda baş verib.

31 yaşlı Vicay Baxışov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman nəqliyyat vasitəsi “KamAZ” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin ön hissəsi deformasiyaya uğrayıb. Ağır xəsarət alan sürücü Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi