olkepress.com
olkepress.com

Qaxda idarəetmədən çıxan avtomobil divara çırpılıb - VİDEO

10-08-2020, 16:04

Qaxda idarəetmədən çıxan avtomobil divara çırpılıb - VİDEOAxşam saatlarında Qax şəhərində bir nəfərin xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

Baku TV xəbər verir ki, qəza Heydər Əliyev prospekti ilə İsmayıl Dağıstanlı küçəsinin kəsişməsində qeydə alınıb.

43 yaşlı şəhər sakini Ramil Əzizov idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman avtomobil divara çırpılıb.

Nəticədə, Ramil Əzizov ağır bədən xəsarətləri alaraq, Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi