olkepress.com
olkepress.com

Bakıda ata 2 yaşlı oğlunun boğazını bu evdə kəsdi - TƏFƏRRÜAT - VİDEO

6-08-2020, 21:16

Bakıda ata 2 yaşlı oğlunun boğazını bu evdə kəsdi - TƏFƏRRÜAT - VİDEOBakıda atanın iki yaşlı doğma oğlunun boğazını kəsməsinin təfərrüatı məlum olub.

Ölkəpress.com bildirir ki, 1970-ci il təvəllüdlü Xazıyev Emil Mamedoviç həyat yoldaşı ilə ayrılıb.
Anası onların birgə nikahdan doğulan övladı, 2018-ci il təvəllüdlü Şabanov Öməri atasının görməsi üçün keçmiş ərinin yaşadığı Səbail rayonu, 20-ci sahə yaşayış massivi, Şahlar Allahverdiyev küçəsi 67 ünvanındakı mənzilə gətirib.

Bir müddət sonra geri qayıdarkən əri ona övladının boğazı kəsilmiş fotosunu göndərib.

Hadisəni törədən şəxs daha sonra bıçaqla öz boğazını kəsib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, araşdırma aparılır.

Ana polis əməkdaşlarının köməyilə təcili yardımla övladını K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna (OMD xəstəxanası) çatdırıb. Həkimlərin səyi ilə azyaşlının həyatını xilas etmək mümkün olub.

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (OMD xəstəxanası) Baş həkimi Səadət Ələsgərova Unikal.org-a açıqlamasında bildirib ki, Ömər Şabanovun vəziyyəti ağır olaraq qalır:

“Uşağın boyun hissəsində qanaxma olan böyük yara var idi. Qan bankına müraciət edərək, azyaşlıya qan köçürüldü. Cərrahlarımız uşağı əməliyyat etdilər. Boyun əzələlərinin, traxeyanın kəsik yarası ilə, cərrahi müdaxilə edildi. Hazırda uşaq reanimasiyada süni ventilyasiya aparatının dəstəyi ilə saxlanılır. Vəziyyəti ağır olaraq qalır”.(unikal.org)



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi