olkepress.com
olkepress.com

Gəncəbasarın ən iri satış mərkəzi yandı – Təxribat ehtimalı istisna edilmir - VİDEOLAR

26-06-2020, 11:17

Gəncəbasarın ən iri satış mərkəzi yandı – Təxribat ehtimalı istisna edilmir - VİDEOLARŞəmkirin “Səbət” bazarı yanıb.

Ovqat.com-un əldə etdiyi məlumata görə, Gəncəbasar regionunun ən iri kənd təsərrüfatı məhsullarının satış mərkəzi olan bazara bu gün axşam saatlarında naməlum səbəblərdən od düşüb.

Yanğını söndürmək mümkün olmayıb. Bazarın əksər hissəsi külə çevrilib.

Şəmkirdəki qaynaqlarımızdan aldığımız məlumata görə, bazar rəsmi sənədlərdə icra başçısının oğlu Adil Məmmədovun mülkiyyəti kimi göstərilir. Azərbaycanın ən böyük aqro-ticarət mərkəzlərindən olan bazarın günlük gəlirinin 100 min manat olduğu bildirilir.

Məlumat qaynağımız bazarın icra başçısının rəqibləri tərəfindən qəsdən yandırıla biləcəyini istisna etməyib. Bildirildiyinə görə, bazarın yaxınlığında əvvəl bir sıra ticarət mərkəzləri yerləşirmiş. İcra başçısı həmin obyektlərin hamısını uçurub, örüş torpaqlarını da onlara qataraq ölkənin ən iri satış mərkəzlərindən birini salıb və öz oğlunun adına keçirib. Məhz bu səbəbdən də Şəmkirdəki həmin müəssisənin qisas məqsədilə yandırıla biləcəyi ehtimal olunur.

Ölkəpress.com











XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi