olkepress.com
olkepress.com

Mərdəkanda məktəbdə baş verən müəmmalı ölümün TƏFƏRRÜATLARI - ŞOK VİDEO

3-02-2020, 17:15

Mərdəkanda məktəbdə baş verən müəmmalı ölümün TƏFƏRRÜATLARI - ŞOK VİDEOMərdəkanda orta məktəbdə baş verən müəmmalı ölümün təfərrüatları ortaya çıxdı.

Ölkəpress.com xəbər verir ki, Amil Xəlilin təqdimatında yayımlanan «Gəl Dərdini Danış» sosial-kriminal layihəyə müraciət etmiş Mehman bəy oğlu İlkinin Mərdəkanda yerləşən 123 saylı orta məktəbdə sinif yoldaşları tərəfindən döyülərək öldürüldüyünü bildirib. Mehman bəyin sözlərinə görə, onun oğlunun ölümündə hazırda həbs olunan və fevralın 4-ü Ağır Cinayətlər Məhkəməsində mühakimə olunacaq Kənanın deyil, azadlıqda gəzən sinif yoldaşı Elşənin əli var.
"Oğlumla ilk dalaşan Kənan olsa da, ona salto vuraraq ağır xəsarət yetirən Elşən olub. Amma müstəntiq Elşəni deyil Kənanı həbs elətdirib. Hadisə zamanı kameraya düşən görüntüləri də siliblər" deyə Mehman bəy bildirib.
Daha sonra oğlu həbs edilən Sənan bəydə açıqlama verib. o, oğlunun haqsız yerə həbs edildiyini bildirib. «Mənim oğlumun zərbəsi demək olar ki, onu tutmur. İlkini yerə yıxan Elşən olub»
Daha sonra teleaparıcı hadisə günü məktəbdə baş verən dəhşətli anların görüntülərini ortaya çıxardıb. Görüntülərdəndə göründüyü kimi, İlkin futbol meydançasında sinif yoldaşı tərəfindən yerə sərilir və ayağa qalmağda çətinlik çəkir. Məktəblini dostları qoluna girərək sinifə aparır.
İlkinin atası müəllimlərdəndə narazıdır. O, məktəb direktorunun bu işi ört-basdır etməkdə günahlandırır.




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi