olkepress.com
olkepress.com

Bakıda hündürmərtəbəli binada yanğın olub - VİDEO

4-01-2020, 12:20

Bakıda hündürmərtəbəli binada yanğın olub - VİDEOFövqəladə Hallar Nazirliyinin Bakının Nərimanov rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Ölkəpress.com FHN-in saytına istinadən xəbər verir ki, yanğın barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub və bildirilib ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi 2B ünvanında çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindəki mənzildə qeydə alınıb.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın saat 01:07 dəqiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən məhdudlaşdırılıb (yanğının yayılma təhlükəsi yoxdur).
Əlavə məlumat veriləcək.




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi