Bakıda gənc qızın təhqir olunduğu VİDEO yayıldı
Bakıda gənc qızın təhqir edilməsini əks etdirən görüntülər yayılıb.
Ölkəpress.com xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videoda gənc oğlanın qızı dəniz sahili ərazidə məcburən diz çökdürərək üzr istəməyə vadar etməsi əks olunub.
Gənc qızın təhqir edildiyi görüntülər telefonla videoya çəkilib və daha sonra müxtəlif şəxslərə göndərilib.
Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır.
Hadisənin qızın nişanlısının törətdiyi bildirilir. Qeyd edilir ki, oğlan xəyanətdən şübhələnib.