olkepress.com
olkepress.com

Paytaxtda 2 nəfər yolu kəsərək qıza hücum edib - VİDEO

13-11-2019, 11:02

Paytaxtda 2 nəfər yolu kəsərək qıza hücum edib - VİDEOGecə saatlarında Sabunçu rayonu ərazisində 2 nəfər yolu kəsərək nəqliyyatın hərəkətində problemlər yaradıb.

Azadinform xəbər verir ki, hər iki şəxs yolla hərəkət edən avtobus və fərdi avtomobillərə hücum çəkib. Daha sonra gənclərdən biri yoldan keçən xanımın üzərinə yeriyərək gödəkçə ilə onu vurur. Gəncin bu hərəkəti ətrafdakı insanların qəzəbinə səbəb olur. Bundan sonra ətrafdakı şəxslər onlara tərəf gəlib zərərsizləşdirməyə çalışırlar.
Qeyd edək ki, hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat katibi Elşad Hacıyev KİV-ə bildirib ki, müvafiq rayon polis idarəsində faktla bağlı araşdırma aparılır: “Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

Ölkəpress.com



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi