olkepress.com
olkepress.com

Azərbaycanda iki avtobus TOQQUŞDU - VİDEO

8-05-2020, 11:46

Azərbaycanda iki avtobus TOQQUŞDU - VİDEOSumqayıtda iki marşrut avtobusu toqquşub.

Ölkəpress.com Apa-ya istinadən xəbər verir ki, səhər saatlarında şəhərin Sülh prospektində 3 nömrəli xətt üzrə hərəkət edən 50 AE 771 dövlət nömrə nişanlı avtobus qarşıdan gedən 9 nömrəli xətt üzrə hərəkət edən 50 AE 731 dövlət nömrə nişanlı marşrut avtobusuna çırpılıb. Nəticəsində 8 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.

Faktla bağlı araşdırma aparılır.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi