Haitidə bir evdə qaz balonunun partlaması nəticəsində 22 nəfər xəsarət alıb
Haitinin cənub-qərbindəki Le-Ke şəhərindəki bir yaşayış binasında qaz balonunun partlaması nəticəsində azı 22 nəfər ciddi yanıq xəsarətləri alıb.
Olkepress.com APA-a istinadən xəbər verir ki, bu barədə “HaitiLibre” portalı məlumat yayıb.
Məlumata görə, yaralıların arasında 8 uşaq da var. Hadisə yerinə xilasedicilər cəlb olunub, bütün yaralılar xəstəxanaya yerləşdirilib.
Polis hadisənin səbəblərini araşdırır.