olkepress.com
olkepress.com

Argentinada qubernator prezidenti iğtişaşla hədələyib

24-02-2024, 17:14

Argentinada qubernator prezidenti iğtişaşla hədələyib

Argentinanın Çubut əyalətinin qubernatoru İqnasio Torres ölkə Prezidenti Xavyer Mileyi regiona lazımi vergi gəlirləri daxil olmasa, neft və qaz tədarükünü dayandıracağı ilə hədələyib.

Torres bu barədə sosial şəbəkə hesabında yazıb.

“Cənab Prezident, sizə demək istəyirəm ki, başqalarından fərqli olaraq sizdən qorxmuram. Biz sizin hədələrinizə və təzyiqlərinizə boyun əyməyəcəyik. Sona qədər Çubut xalqını müdafiə edəcəyəm. Siz ölkəni argentinalıların maraqlarını nəzərə alaraq idarə etməlisiniz, ona görə onlar sizə səs verdilər. Mən əyalətimin maraqlarını qorumaq üçün seçilmişəm və bunu da edəcəyəm”, - deyə o bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi