olkepress.com
olkepress.com

Misir Mərdanov da deputat olmaq istəyir

4-12-2019, 19:30

Misir Mərdanov da deputat olmaq istəyirXəbər verdiyimiz kimi, Azərbaycanda növbədənkənar Parlament seçkiləri keçiriləcək. Budəfəki seçkilərdə bir sıra “sürpriz” namizədlərin olacağı istisna edilmir. Bu namizədlər arasında sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitunun direktoru Misir Mərdanovun da adı çəkilir.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Misir Mərdanov deputat olmaq arzusunu gizlətməyib: “Bəli, mənsub olduğum Yeni Azərbaycan Partiyası (YAP) namizədliyimi irəli sürərsə, prosesə qoşularam. Ancaq bu barədə danışmaq hələ tezdir. Cənab Prezident Konstitusiya Məhkəməsinə növbədənkənar parlamentin keçirilməsi ilə bağlı sorğu göndərib. Konstitusiya Məhkəməsinin qərarından sonra bu məsələlərə baxılacaq”.
“YAP-dan namizədliyinizin veriləcəyini gözləyirsiniz?” sualına isə M.Mərdanov “İnşallah, Allah qoysa...”, - cavabını verib.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi