olkepress.com
olkepress.com

Əhəd Abıyevi bitirən meşə görüşü, Elza və prezidentin çıxışı

27-11-2019, 12:43

Əhəd Abıyevi bitirən meşə görüşü, Elza və prezidentin çıxışı
Neçə gündür ki, Daşkəsənin icra başçısı Əhəd Abıyevin meşədə sakinlərlə səyyar görüş keçirməsi müzakirə olunur

Sosial şəbəkədə onun bu addımı gülüşlə qarşılanır. Yazırlar ki, icra başçısı vətəndaşların problemlərini dinləmək üçün bir kabinet də tapmayıb.
Cahan.info mətbuatda yayılan xəbərlərə istinadən məlumat verir ki, sosial şəbəkədə icra başçısının meşədə görüş keçirməsini sakinlərə olan aşağılayıcı münasibəti kimi dəyərləndiriblər. Sosial şəbəkələrdə belə xəbərlər gəzir ki, yaxın vaxtlarda Daşkəsən RİH-də dəyişiklik olacaq. Ə.Abıyevin fəaliyyəti artıq prezidentin yeni idarəçilik modelinə uyğun gəlmir.
Dövlət başçısı sonuncu müşavirəsində iqtidar daxilində islahatlara qarşı çıxan qüvvələrin olduğuna, bir-birinin əleyhinə mətbuatda kampaniya apardılarına işarə vurmuşdu.
Təsadüfi deyil ki, vaxtilə Ə.Abıyevlə Əmlak Komitəsinin sədri Kərəm Həsənov filiz kombinatı uğrunda didişirdilər. Bu gün də mübarizə davam edir.
Prezidentin çıxışından gəlinən qənaət budur ki, ölkə başçısı belə məsələlərdən bezib, məmurların qruplaşmasından cana doyub. Üstəlik, prezident qeyd etdi ki, gənc kadrlar daha da irəli çəkiləcək. Ona görə Daşkəsənə cavan icra başçısı təyin olunacağı istisna edilmir.
Saytlar xəbər verir ki, ötən ay isə Ə.Abıyevin müğənni Elza Seyidcahanla qalmaqalı yuxarı dairələrin xoşuna gəlməyib. Bir dövlət məmuru şou-biznes adamı ilə ağızlaşırsa, onunla yolları ayırmaq lazımdır. Beləliklə, meşədə səyyar görüş təşkili, Elza ilə rüsvayçı skandal və prezidentin müşavirədəki mesajları Ə.Abıyevin əleyhinə işləməkdədir. Media yazır ki, Daşkəsən camaatı Ə.Abıyevdən razı deyil. İllərdir ki, yeni rəhbər təyin olunacağı gözlənilir.
O, ucqar dağ bölgəsində oturub, mərkəzdən bir çox məsələləri gizlədərək istədiklərini reallaşdıra bilir. Elə aprel qazisi Arzu Məmmədovla bağlı məsələsi də bariz nümunəydi. Ə.Abıyev də bir neçə dəfə başqa rayona təyinat almaq üçün çırmanıb. Ancaq istəyinə nail ola bilməyib.
Saytlarda getmiş yazılarda fermerlər tərəfindən edilmiş müraciətdə deyilirdi ki, Daşkəsəndəki yaylaqlara qoyun-quzularımızı aparmaq üçün hər il müsibətlərə düçar oluruq.
İcra başçısı Əhəd Abıyevin yaylağa qalxan 3 istiqamətdə postu var. “Xanlar” rayonundakı Lülləli adlanan postu keçəndən sonra Daşkəsən ərazisi başlayır. Burada Gülazar adlanan ərazidə (köhnə Qara Keşiş) olan postda Əhəd Abıyevin Azər və Nüsrət adlı nümayəndələri dayanırlar. Onlar hər il qoyun-quzu yaylağa köçəndə hər sürüdən 30-40 baş qoyun alırlar.
Hər sürüyə görə isə Şahbaz Mehdiyev əlavə 2000-5000 manat, bəzi fermerlərdən isə 8-10 min manat haqq alırlar. Hər köç mövsümündə orta hesabla 800-1000 baş qoyun rüşvət kimi biz fermerlərdən yığılır və Daşkəsənin icra başçısına çatır. Digər məlumat Daşkəsənin məşhur Xoşbulaq istirahət mərkəzi haqdadır. Xoşbulaq qəsəbəsində icra başçısının müavini rayonun yaylaq ərazilərini fermerlərə satıb. Özü üçün biznes sahəsi yaratmasını qeyd etməkdən başqa, o, Ə.Abıyevin burada özü üçün görünməmiş mülklər tikib.
Prezident cənab İlham Əliyevə ünvanlı müraciətdə Ə.Abiyevin Xoşbulaqdakı toxunulmaz dövlət torpaq sahələrini vəhşicəsinə dağıdaraq hasarlamasını, torpağın darmadağın edilərək xəndəkləməsi qeyd olunub. Həmçinin, Mir Cəfər Bağırovun vaxtında salınmış meşə ərazisinin mərkəzində ağacları kəsdirərək möhtəşəm qəsr tikdirməsi narazılıq doğurub.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi