Əbülfəz Məlikovun “Legenda”sı və 420 min avro ziyan
Naxçıvan Gömrük Laboratoriyası necə quruldu
Məlumat üçün qeyd edək ki, Naxçıvanda Gömrük Ekspertizası İdarəsi və gömrük laboratoriyası 2012-ci ildə qurulmuş, həmin ilin may ayında ölkə başçısı cənab İlham Əliyevin muxtar respublikaya səfəri zamanı istifadəyə verilmişdir. Dünyanın nüfuzlu firmalarının istehsalı olan cihazların quraşdırıldığı sınaq laboratoriyası yüksək ixtisaslı kadrlarla təmin olunmuşdur. Naxçıvan Gömrük Ekspertizası İdarəsi 2015-ci ilin yanvar ayından rəsmi status alaraq öz fəaliyyətini daha da genişləndirmişdir. Redaksiyamıza məlumat verən mənbə bildirir ki, Naxçıvan Gömrük laboratoriyası qurulanda “Broker” MMC-nin sahibi Əbülfəz Məlikovun “LEGENDA” firması Avropa və Türkiyə şirkətləri ilə müqavilə əsasında cihaz və avadanlıqları Naxçıvana göndərib. İnvoys olmadan mallar Naxçıvanda “Legenda”nın adına rəsmləşdirilib. Cihaz və avadanlıqların rəsmləşdirilməsinin bir qismini, gömrük məmuru Təmkin Xəlilov öz otağında ödəyib. Qalan 30 faiz məbləği isə vermir. Zərərçəkən tərəf redaksiyamıza bildirib ki, neçə vaxtdır Təmkin Xəlilov və Əbülfəz Məlikov bizdən qaçır, telefona da cavab vermir. Əbülfəz Məlikovun “Legenda” firması da ortada yoxdur. Əslində “Legenda” firması müqavilə üzrə ödəniş etməyib. Və zərərçəkən tərəf gözləyir ki, görən Səfər Mehdiyev, Təmkin Xəlilov, Əbülfəz Məlikov, İqbal Babayev və Legenda-nın Namiq adlı nümayəndəsi nə vaxt problemi həll edəcəklər ? Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səhət İsa oğlu Həbibbəyli zərərçəkənlərə deyib ki, avadanlıqlar alınıb, amma pul məsələsinə mən baxmıram, pul məsələsini Baki ilə həll edin. 2016-cı ildə DGK sədri Aydın Əliyev və Səfər Mehdiyevə ünvanlanan müraciətdə qeyd olunur ki, müqavilə üzrə 1 milyon avroluq avadanlıq gətirilib, ancaq bugünədək 420 min avro ödənilməyib. Bu işləri əsasən Əbülfəz Məlikov icra edib. Və Təmkin Xəlilov, İqbal Babayev, Tahir, Namiq videokonfransda şirkətin bu pulu almadığını təsdiq ediblər. Əlimizdə dəqiq sənədlər var və zərərçəkən tərəf Budapeştdə konfrans keçirən kimi başverənləri mediada işıqlandıracağıq. Bizi izləyin.(gundelik-baku.com)
Ölkəpress.com