olkepress.com
olkepress.com

Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub

15-11-2019, 19:04

Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olubBakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlinin rəsmi açılışı olub.

Trend-in məlumatına görə, Nərimanov rayonunda ucaldılan abidənin açılışında Prezident Administrasiyasının (PA) Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov, Müdafiə nazirinin müavini Kərim Vəliyev, Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, millət vəkilləri, Milli Qəhrəmanın qardaşı Rantik Aqarunov və digər şəxslər iştirak ediblər.
Heykəl Nərimanov rayonunda, Milli Qəhrəmanın adına olan küçədə ucaldılıb. Heykəlin kompozisiyası tanınmış heykəltaraş Ömər Eldarova məxsusdur.
Xatırladaq ki, A.Aqarunov 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində, yəhudi ailəsində anadan olub. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikasını məhv edib.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi