Vilayət Eyvazov Daanovu yeni vəzifəyə TƏYİN ETDİ
Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov kadr islahatı ilə bağlı daha bir əmr imzalayıb.
Olkəpress.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazirin bir müddət əvvəl imzaladığı əmrlə nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, polkovnik Canpolad Daanov tutduğu vəzifəsindən azad edilərək DİN-in Polis Akademiyası rəisinin birinci müavini vəzifəsinə təyin olunub.
C.Daanov daha əvvəl Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (Bandotdel) İstintaq Şöbəsinin rəisi olub.