olkepress.com
olkepress.com

AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşı aviaşirkəti seçilib

24-06-2024, 23:03

AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşı aviaşirkəti seçilib

Azərbaycanın milli aviadaşıyıcısı AZAL beynəlxalq “Skytrax World Airline Awards 2024” mükafatının “Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət” nominasiyasında növbəti dəfə qalib gələrək yüksək statusunu yenidən təsdiqləyib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, “Skytrax” agentliyinin mükafat mərasimi bu gün, iyunun 24-də Londonda keçirilən təntənəli tədbir çərçivəsində baş tutub.

Bu mühüm nailiyyət “Azərbaycan Hava Yolları” aviaşirkətinin göstərdiyi xidmətlərin yüksək səviyyədə olduğunu təsdiq edir və onu dünya aviasiya bazarının tanınmış liderləri ilə bir sıraya qoyur.

“Bu mükafat sərnişinlərimizə dünya səviyyəli xidmət təklif edən bütün “Azərbaycan Hava Yolları” komandasının əməyinin nəticəsidir. Biz fəxr edirik ki, səylərimizin nəticəsi olaraq belə nüfuzlu mükafata layiq görülmüşük. Bu uğur sərnişinlərin aviaşirkətimizə göstərdiyi etimadın yüksək səviyyədə olduğunu nümayiş etdirir”, – deyə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev bildirib.

Onun sözlərinə görə, mükafatın əldə edilməsi AZAL-ın yüksək keyfiyyət və müştəri xidməti standartlarına sadiqliyini təsdiq edir, aviaşirkətin regionda və beynəlxalq miqyasda mövqeyini möhkəmləndirir.

“World Airline Awards” mükafatı aviaşirkətlərin və hava limanlarının xidmətlərinin keyfiyyətinin qlobal qiymətləndiricisi olan Böyük Britaniyanın “Skytrax” konsaltinq agentliyi tərəfindən təqdim edilir. Reytinq dünyanın ən böyük sərnişin məmnuniyyəti sorğusunun nəticələrinə əsasən müəyyən edilir.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” aviaşirkəti həmçinin “Skytrax”ın “4 Ulduz” reytinqinə malikdir. Bu status aviaşirkətin göydə və yerdə təklif etdiyi xidmətlərin keyfiyyətini qiymətləndirən müstəqil auditin nəticələrinə əsasən formalaşıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi