olkepress.com
olkepress.com

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova Turan Elmlər Akademiyasının akademiki seçilmişdir.

12-06-2024, 17:51

ADPU-da təşkil olunan görüş zamanı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri prof. Vüqar Əhməd Turan Elmlər Akademiyasının (Özbəkistan Respublikası) akademiki seçilən prof. Mahirə Hüseynovanı bu münasibətlə təbrik etmiş, onun müəllifi olduğu monoqrafiyaların, dərs vəsaitlərinin qurumun bütün üzvləri tərəfindən təqdir
olunduğunu və yekdilliklə ona səs verildiyini bildirmişdir.

Həmçinin prof. Vüqar Əhməd Turan Elmlər Akademiyasının prezidenti, Leybniz adına Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü (Almaniya) Xaydarberk Bababekovun prof. Mahirə Hüseynovaya ünvanladığı təbrik məktubunu səsləndirmişdir.

Prof. Mahirə Hüseynova çıxış edərək göstərilən etimada görə Turan Elmlər Akademiyasının prezidenti və bütün üzvlərinə təşəkkür etmiş, Azərbaycan və Özbəkistan dövlətləri arasındakı dostluq münasibətlərinin inkişafının vacibliyini qeyd etmişdir.
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova Turan Elmlər Akademiyasının akademiki seçilmişdir.

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi