Eldar Həsənov Prezidenti Administrasiyasına rəhbər gətirilir?
Son vaxtlar Azərbaycanın sabiq baş prokuroru, hazırda Azərbaycanın Serbiya, Monteneqro və Bosniya-Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov haqqında müxtəlif məlumatlar mətbuatda yer almaqdadır. Uzun illərdir ki, ölkədən kənarda, diqqətdən kənarda olan Eldar Həsənovun adı yenidən gündəmdə dolaşmaqdadır.
Sozcu.az-a saytının e-mail adresinə adının çəkilməsini istəməyən bir şəxsin maraqlı məlumatı daxil olub. Məlumatda sabiq prokurorun yaxın günlərdə diplomatik vəzifədən azad edilərək Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri təyin olunacağı bildirilir. Yazıda qeyd edilir ki, bununla bağlı Eldar Həsənovun yaxın ətrafı məlumatlıdır. Eldar Həsənovun diplomatiya bacaığı və yaxın dövlətlərlə, o cümlədən Rusiya və İranla isti münasibətləri onun bu posta namizəd olmasının əsas şərtlərində biridir.
Ölkəpress.com