olkepress.com
olkepress.com

İcra başçısının işdən çıxardığı müavini ölkədən qaçdı

11-12-2019, 12:10

İcra başçısının işdən çıxardığı müavini ölkədən qaçdıNərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev şöbə müdirini işdən çıxarıb.

Ölkəpress.com Unikal.org-a istinadən məlumat verir ki, A.Fərzəliyevin əmri ilə Nərimanov Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Abdullayev Rəfail Hüseynqulu oğlu vəzifəsindən azad edilib. Buna səbəb R.Abdullayevin vətəndaşları incitməsi və rayon ərazisində tikilən hündürmərtəbəli binaların sahiblərinə qarşı dələduzluq etməsi olub.
Bundan başqa, sabiq şöbə müdiri “RR” MTK-nın sahibi olan qardaşı Nadir Abdullayevin şəriklərinin də pullarını mənimsədiyi bildirilir. Belə ki, Rəfail Abdullayev məsuliyyətdən yayınmaq üçün ölkəni tərk edərək Ukraynaya qaçıb.
Məsələ ilə bağlı sabiq şöbə müdirinin qardaşı, “RR” MTK-nın sahibi Nadir Abdullayev bildirib ki, qardaşı bir neçə aydır ki, işdən çıxıb: “Onun işdən çıxması və ölkədən qaçması ilə bağlı başqa heç nə deyə bilmərəm. Biz doğrudan da bina tikintisi ilə məşğuluq. Qardaşımın səhhətində ciddi problem var”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi