olkepress.com
olkepress.com

Formasındakı problemə görə matç gec başladı - Klubu cərimələndi

1-04-2025, 16:41

Formasındakı problemə görə matç gec başladı - Klubu cərimələndi

AFFA İntizam Komitəsi "Araz-Naxçıvan" klubunu 800 manat cərimələyib.

Buna Misli Premyer Liqasının XXVIII turunda “Neftçi” ilə oyunun gec başlaması səbəb olub.

Qarşılaşmanın startının Naxçıvan təmsilçisinin futbolçusunun formasında qüsur olmasına görə gecikdiyi vurğulanıb. Altı oyunçusu sarı vərəqə aldığından “Neftçi”yə 700 manat cərimə tətbiq edilib.

“Qarabağ”la oyunda 4 futbolçusu sarı vərəqə alan “Turan Tovuz” da eyni məbləği ödəyəcək. Azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə Ağdam klubu 1500 manat ziyana düşüb.

“Kəpəz” - “Səbail” görüşündə isə fanatlar 6 oturacağı sındırıblar. Dəymiş ziyan Gəncə təmsilçisi tərəfindən ödəniləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi