olkepress.com
olkepress.com

İsrail atəşkəsi qəbul etdi - Qətər

1-02-2024, 23:27

İsrail atəşkəsi qəbul etdi - Qətər

İsrail və HƏMAS arasında oktyabrın 7-dən bəri davam edən qarşıdurmalar və Qəzzada törədilən müharibə nəhayət ki, sona çatır.



Olkepress.com Manset.az-a istinadən xəbər verir ki, uzun müddətdir ki, tərəflər arasında vasitəçi rolunu oynayan Qətər 4 aylıq müharibədən sonra İsrail və HƏMAS-ın nəhayət atəşkəsə razılaşdığını açıqlayıb.
Digər tərəfdən, İsrail Döyüş Kabineti və Təhlükəsizlik Kabinetinin əsir mübadiləsi və atəşkəs prosesini müzakirə etmək üçün bir araya gələcəyi öyrənilib.

“Times of Israel” qəzetinin adı açıqlanmayan mənbəyə əsaslanaraq verdiyi xəbərdə, Müharibə nazirlərinin bu axşam Tel-Əvivdə ilk dəfə toplanacağı bildirilib.

İsrailin Kanal 12 televiziyasında yayımlanan xəbərdə Qəzzadakı bütün israilli məhbusların sərbəst buraxıla biləcəyi 9 mərhələli razılaşma Müharibə Kabinetinə təqdim edilib.

Fələstin rəsmisi bildirib ki, HƏMAS-a təqdim edilən təklifdə əsirlər üçün üç mərhələ təklif olunub. Müvafiq olaraq, birinci mərhələdə 45 gün ərzində mülki şəxslərin mübadiləsi aparılacaq, daha sonra hərbçilər və meyitlər qaytarılacaq.

Digər tərəfdən, ABŞ mətbuatında adı açıqlanmayan iki ABŞ rəsmisinə əsaslanan iddiaya görə, Qəzza zolağında qarşıdurma bitdikdən sonra ABŞ-ın Fələstin dövlətini tanımağı düşündüyü iddia edilib.

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron da ötən bazar ertəsi verdiyi bəyanatda bildirib ki, Britaniya Qəzzada münaqişə bitdikdən sonra fələstinlilərə siyasi üfüq vermək üçün Fələstini tanımaq məsələsini nəzərdən keçirir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi