olkepress.com
olkepress.com

Rusiya Ordusu Luqanskda internat məktəbini atəşə tutub

11-05-2022, 11:56

Rusiya Ordusu Luqanskda internat məktəbini atəşə tutub

Rusiya Silahlı Qüvvələri Qorskidəki regional internat məktəbini atəşə tutub.

Bu barədə Luqansk vilayətinin rəhbəri Sergey Qayday xəbər verib.

“Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı rayon məktəbinin binasında partlayış baş verib. Müəssisə müasir şəkildə təmir olunmuş və yeni avadanlıqla təchiz edilmişdi. Xoşbəxtlikdən uşaqlar əvvəlcədən təxliyə edilib”, - deyə o bildirib.

Vilayət rəhbərinin məlumatına görə, həmçinin Vrubovka, Rubejnoye, Lisiçansk, Severodonetsk şəhərlərində çoxmərtəbəli yaşayış binaları, hotel və mədəniyyət evi atəşə tutulub.

Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi