olkepress.com
olkepress.com

ABŞ müxtəlif ölkələrdən olan bir sıra şirkətlərə sanksiya tətbiq edəcək

13-09-2025, 13:14

ABŞ müxtəlif ölkələrdən olan bir sıra şirkətlərə sanksiya tətbiq edəcək

ABŞ Ticarət Nazirliyi dərc etdiyi bir siyahıda sanksiya tətbiq edəcəyi şirkətlərin siyahısını açıqlayıb.

Sentyabrın 16-dan başlayaraq sözügedən şirkətlərin ABŞ-a məhsul ixrac etməsinə qadağa qoyulacaq.

Siyahıda Çinə məxsus 23, Türkiyədən 3, BƏƏ-dən 3, Hindistan, İran, Sinqapur və Tayvanın hər birindən 1 şirkətin adı var.

Sözügedən şirkətlər Rusiyanın hərbi-sənaye kompleksinin ehtiyaclarını ödəməkdə və eləcə də, Amerika məhsullarının icazəsiz olaraq Rusiyaya göndərməkdə ittiham edilir.

“ABŞ hökuməti bu qurumların Amerikanın milli təhlükəsizlik və xarici siyasət maraqlarına zidd hərəkət etdiyini müəyyən edib”, - ABŞ Ticarət Nazirliyinin bəyanatında qeyd olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi