olkepress.com
olkepress.com

DGKA-da “Müstəqil və suveren Azərbaycanın memarı” mövzusunda tədbir keçirilib

7-05-2025, 05:09

DGKA-da “Müstəqil və suveren Azərbaycanın memarı” mövzusunda tədbir keçirilibDövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş “Müstəqil və suveren Azərbaycanın memarı” mövzusunda tədbir keçirilib.

Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları, tələbələri, görkəmli ictimai-siyasi xadim, diplomat, tarix elmləri doktoru Həsən Həsənov və millət vəkili, diplomat, siyasi elmlər doktoru Rizvan Nəbiyev iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsinin, tədqiq edilməsinin və gələcək nəsillərə ötürülməsinin vacibliyini bildirərək bu kimi tədbirlərin gənclərin milli ruhda tərbiyə olunmasında və dövlətçilik ənənələrinin qorunub saxlanmasında mühüm rol oynadığını vurğulayıb.

Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşən Həsən Həsənov Ulu Öndərin Azərbaycanda milli ordunun yaradılması, ilk hərbi ali təhsil müəssisəsinin təsis edilməsi, sənaye potensialının inkişafı, ölkənin beynəlxalq nüfuzunun artırılması və milli ideologiyanın formalaşması istiqamətində əvəzsiz töhfələrindən bəhs edib. O, Heydər Əliyevin siyasi uzaqgörənliyinin və strateji qərarlarının Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində təməl rol oynadığını vurğulayıb.

Tədbirdə çıxış edən millət vəkili Rizvan Nəbiyev Heydər Əliyevin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bunun nəticəsində Azərbaycanın regionda lider dövlətə çevrildiyini vurğulayıb. O, həmçinin, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin Heydər Əliyevin müəyyənləşdirdiyi milli strategiyanın təntənəsi olduğunu qeyd edib.

Tədbir Akademiyanın tələbələrinin ifasında bədii kompozisiya ilə davam edib.

Sonda Həsən Həsənov müəllifi olduğu kitabları Akademiyaya hədiyyə edib.
DGKA-da “Müstəqil və suveren Azərbaycanın memarı” mövzusunda tədbir keçirilib
DGKA-da “Müstəqil və suveren Azərbaycanın memarı” mövzusunda tədbir keçirilib
DGKA-da “Müstəqil və suveren Azərbaycanın memarı” mövzusunda tədbir keçirilib
DGKA-da “Müstəqil və suveren Azərbaycanın memarı” mövzusunda tədbir keçirilib
DGKA-da “Müstəqil və suveren Azərbaycanın memarı” mövzusunda tədbir keçirilib





XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi