olkepress.com
olkepress.com

ABŞ hakimiyyəti Rusiyadakı hadisələrlə bağlı Avropadakı həmkarlarını "sakitliyə" çağırıb - Politico

25-06-2023, 09:07

ABŞ hakimiyyəti Rusiyadakı hadisələrlə bağlı Avropadakı həmkarlarını "sakitliyə" çağırıb - Politico

ABŞ prezidenti Co Bayden, dövlət katibi Entoni Blinken, müdafiə naziri Lloyd Ostin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli şənbə günü avropalı həmkarlarına zəng edərək Rusiyadakı vəziyyətlə bağlı onları arxayınlaşdırıblar.
Bizimyol.info xəbər verir ki, bu barədə “Politico” qəzeti Vaşinqton administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin verdiyi məlumata görə, Amerika hakimiyyət orqanlarının nümayəndələri ilə Avropa ölkələrindən olan həmkarları arasında telefon danışıqları onları “sakitləşdirmək” məqsədi daşıyırdı və eyni zamanda neytrallığı qorumaq zərurətini xatırladıb. "Qələbəni qeyd etməyə ehtiyac yoxdur", - deyə ABŞ rəsmiləri bildiriblər. "Telefon danışıqları zamanı tərəflər belə qənaətə gəliblər ki, Kiyev indi hücum üçün görünməmiş fürsətə malikdir", - deyə nəşr yazır. Qəzetin həmsöhbətləri əlavə ediblər ki, Vaşinqton "Vaqner" özəl hərbi birliyin hərəkətlərini diqqətlə izləyir.

Bundan əlavə, onlar bildiriblər ki, ABŞ administrasiyası Rusiyada baş verənlərin Ukraynadakı münaqişə üçün potensial nəticələrini qiymətləndirir. Nəşrin məlumatına görə, yüksək rütbəli amerikalı məmurlar bununla bağlı iyunun 23-ü axşam və 24-ü səhər saatlarında bir neçə idarələrarası görüş keçiriblər. Qəzetin vurğuladığı kimi, bir neçə görüş və zənglərə görə Bayden iyunun 24-də Ağ Evdən bu həftəsonunu keçirməyi planlaşdırılmış Kemp Deviddəki (Meriland) iqamətgahına gedişini bir müddət təxirə salmalı olub.

Amerika hakimiyyəti hesab edir ki, Rusiya Federasiyasındakı hadisələr Ukraynaya qəti əks-hücum dalğasını çevirmək üçün çox lazımlı fürsət verəcək. Lakin Vaşinqton administrasiyası hələ baş verənlərlə bağlı rəsmi qiymətləndirməsini açıqlamayıb və rəsmilər son nəticə çıxarmaq üçün hələ tez olduğu barədə xəbərdarlıq ediblər. "Politico"ya yüksək rütbəli məmurlardan biri: "Bu hadisənin onlara necə zərər verə biləcəyini anlamıram", - Rusiya tərəfini nəzərdə tutatraq deyib.

Qadir, Bizimyol.info


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi