olkepress.com
olkepress.com

2 milyona yaxın xaricdə yaşayan Türkiyə vətəndaşı seçkidə iştirak edib

4-05-2023, 08:46

2 milyona yaxın xaricdə yaşayan Türkiyə vətəndaşı seçkidə iştirak edib

Mayın 14-nə təyin edilmiş prezident və parlament seçkilərində səsvermə başlayandan aprelin 27-dən bu yana 1 milyondan çox Türkiyə vətəndaşı xaricdəki seçki məntəqələrində səs verib.
Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə günü axşam Türkiyə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

“Mayın 3-də yerli vaxtla saat 21:30-a xarici nümayəndəliklərdə və keçid məntəqələrində səs verən seçicilərin sayı 1 milyon 7 min 165 nəfər olub”, - mesajda deyilir.

3,4 milyon Türkiyə vətəndaşı xaricdə səs verə biləcək, onlardan 277,6 mini ilk dəfə səsvermə hüququndan istifadə edəcək. Səsvermə mayın 9-dək davam edəcək.

Türkiyə Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ümumilikdə 64 milyon Türkiyə vətəndaşı mayın 14-də keçiriləcək seçkilərdə iştirak edə biləcək. Ölkə daxilində və xaricdə 191 884 seçki qutusu quraşdırılacaq.

Qeyd edilir ki, Prezident seçkilərində 4 namizəd iştirak edir, ən yüksək dövlət postuna əsas iddiaçılar hazırkı prezident Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğludur. Parlament seçkilərində isə 26 partiya iştirak edir.

Yerli politoloqlar Türkiyədə iki turdan ibarət prezident seçkilərini istisna etmirlər, çünki ictimai rəy sorğuları prezidentlik yarışında hələlik açıq-aşkar favoriti müəyyən etmir.

Türkiyədə prezident seçkilərinin birinci turunda qalib gəlmək üçün ən azı 50 faiz səs toplamaq lazımdır.

Bir çox seçki mütəxəssisləri belə bir nəticənin mümkün olacağını etimal etmirlər. Qalib birinci turda müəyyən edilməyəcəksə, o halda mayın 28-də seçkilərin ikinci turu keçiriləcək. Ən çox səs toplayan namizəd qalib elan ediləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi