olkepress.com
olkepress.com

“Ən yaxşı yol Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlardır”

4-05-2023, 08:44

“Ən yaxşı yol Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlardır”

“Düşünürəm ki, razılığa gəlmək üçün ən yaxşı yol Azərbaycanla Ermənistan arasında, heç bir vasitəçi, köməkçi və ya pozucu olmadan birbaşa danışıqlardır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında söyləyib.
Keçmiş Minsk qrupu həmsədrlərinin danışıqlarda yenidən iştirakla bağlı cəhdlərinin şahidi olduğumuzu deyən dövlət başçısı bildirib: “Keçmiş Minsk qrupunun həmsədr ölkələri kömək etmək istəyirlərsə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım edə bilərlər”.
Prezident İlham Əliyev, həmçinin deyib ki, Ermənistan ilə Azərbaycan nazirləri arasında danışıqların növbəti raundunun bu ay Rusiyada keçirilməsi nəzərdə tutulub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi