2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana ümumi dəyəri 1 milyard 673 milyon 214 min dollar olan 82 min 926 ədəd avtomobil idxal edilib.
Bu məlumat Dövlət Gömrük Komitəsinin aylıq hesabatına əsaslanaraq bildirilir.
Müqayisə üçün qeyd etmək lazımdır ki, 2023-cü ilin eyni dövründə ölkəyə 1 milyard 522 milyon 374 min dollar dəyərində 88 min 738 ədəd avtomobil gətirilib.
Beləliklə, 2024-cü ilin ilk 11 ayında avtomobil idxalının ümumi dəyəri keçən ilin eyni dövrünə nisbətən 150 milyon 840 min dollar və ya 10% artıb, lakin idxal edilən avtomobillərin sayı 5 min 812 ədəd və ya 6,5% azalıb.