olkepress.com
olkepress.com

Dünyanın ən çox qazanan idmançılarının reytinqinə o başçılıq edir

3-05-2023, 08:45

Dünyanın ən çox qazanan idmançılarının reytinqinə o başçılıq edir

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo “Forbes” jurnalının versiyasına görə dünyanın ən çox qazanan idmançılarının reytinqinə başçılıq edir.

“Qafqazinfo” xəbər verir ki, “Forbes” 2022-ci il mayın 1-dən 2023-cü il mayın 1-dək idmançıların qazandıqları maaşla yanaşı, bütün mükafat və bonusları da nəzərə alıb.

Forvardın gəliri 136 milyon dollar olaraq qiymətləndirilir.

İkinci yerdə 2022-ci ildə reytinqə başçılıq edən “Paris Sen-Jermen” klubunun hücumçusu Lionel Messi qərarlaşıb. O, 130 milyon dollar qazanıb.

“PSJ”nin digər hücumçusu Kilian Mbappe isə 120 milyonla üçüncü olub.

Qeyd edək ki, Ronaldo 30 dekabr 2022-ci ildə “Əl Nəsr”ə keçib. Hücumçunun müqaviləsi iki illikdir. Onun klubdakı maaşı ildə 200 milyon avro təşkil edir ki, bu da onu dünyanın ən çox maaş alan futbolçusu edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi