olkepress.com
olkepress.com

Tanınmış rəssam vəfat etdi

15-11-2025, 12:56

Tanınmış rəssam vəfat etdi

Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, heykəltəraş-rəssam​ Elman Cəfərov 74 yaşında vəfat edib.

Bu barədə onun müəllim kimi fəaliyyət göstərdiyi Naxçıvan Dövlət Universiteti məlumat yayıb.

Bildirilib ki, E.Cəfərov universitetin İncəsənət fakültəsinin “Təsviri incəsənət” kafedrasının müəllimi işləyib.

Qeyd edək ki, Elman Cəfərov Azərbaycan Rəssamlar İttifaqının və Naxçıvan Rəssamlar Birliyinin üzvü olub. Rəssamın yaradıcılığında “Babək”in atlı heykəli, “Dədə Qorqud”un ilkin heykəli, “Mir Həsən Seyidov”un büstü və digər monumental əsərlər xüsusi yer tutur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
232425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi