olkepress.com
olkepress.com

DOST-da “Qələbənin işığında” tədbiri keçirildi

6-11-2025, 16:48

DOST-da “Qələbənin işığında” tədbiri keçirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində tarixi Zəfərimizin 5 illiyinə həsr olunmuş “Qələbənin işığında” adlı tədbir keçirilib.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan tədbirdə hökumət rəsmiləri, millət vəkilləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, incəsənət xadimləri iştirak ediblər.

Tədbirdən əvvəl iştirakçılar Mərkəzin müxtəlif studiyalarında hazırlanan, “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş əl işləri ilə tanış olublar.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi möhtəşəm tarixi Zəfərin xalqımızın əbədi qürur mənbəyi olduğunu vurğulayıb. Nazir şəhid ailələri, müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək tədbirləri barədə məlumat verib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin inklüziv cəmiyyətin inkişafında mühüm rolunu, əlilliyi olan və digər həssas qruplara aid şəxslərin istedad və bacarıqlarının təkmilləşdirilməsində, cəmiyyətə tanıdılmasında xüsusi önəmini qeyd edib.

“Qələbənin işığında” inklüziv layihəsinin də Mərkəzdəki həssas qruplara aid istedadlı şəxslərin yaradıcı potensialını üzə çıxarmaq və cəmiyyətə tanıtmaq məqsədi daşıdığı bildirilib.

Sonra Mərkəzin təlimçi və benefisiarları, həmçinin tanınmış incəsənət xadimlərinin ifasında və İnklüziv Ansamblın müşayiəti ilə Zəfərə həsr olunmuş konsert proqramı təqdim edilib.

Mərkəzin həssas qruplardan olan üzvlərinin əməkdar artistlər Sevda Ələkbərzadə, Nurlan Növrəsli, Emil Əfrasiyab və Abbas Bağırov, Avroviziya təmsilçisi Elnur Hüseynov, Muğam Televiziya Müsabiqəsinin qalibi Mirələm Mirələmov, müğənni Murad Ariflə eyni səhnəni bölüşərək təqdim etdikləri ifalar izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
DOST-da “Qələbənin işığında” tədbiri keçirildi
DOST-da “Qələbənin işığında” tədbiri keçirildi
DOST-da “Qələbənin işığında” tədbiri keçirildi
DOST-da “Qələbənin işığında” tədbiri keçirildi
DOST-da “Qələbənin işığında” tədbiri keçirildi


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi