olkepress.com
olkepress.com

BMU-da Zəfər Günü qeyd olundu

Bugün, 16:43

BMU-da Zəfər Günü qeyd olundu

Bakı Mühəndislik Universitetində (BMU) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad olunub, Dövlət Himninin səsləndirilməsindən sonra zəfərlə bağlı videoçarx nümayiş etdirilib.

Açılış nitqində BMU-nun rektoru Yaqub Piriyev zəfərin 5 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. Rektor bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, cəsarətli qərarları və xalqımızın birliyi, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı nəticəsində torpaqlarımızın işğaldan azad olunması sadəcə hərbi qələbə deyildi, həm də milli ruhun, ədalətin, tarixi haqqımızın bərpası idi. Dünya hərb tarixinə nadir əməliyyat kimi düşən 2023-cü ilin antiterror əməliyyatları ilə Azərbaycanın dövlət suverenliyini tam bərpa etdiyini xatırladan rektor ölkəmizin zəfərinin beynəlxalq miqyasda tanındığını, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ABŞ kimi supergücün bölgədə sülh və sabitliyin qorunmasında mühüm tərəfdaşa çevrildiyini, Vaşinqtonda imzalanan müqavilənin tarixi əhəmiyyətini diqqətə çatdırıb.
Qarabağ və Şərqi Zəngəzurun dövlətimizin apardığı bərpa və quruculuq işləri nəticəsində qısa zamanda cənnətə çevrildiyini, qədim yurd yerlərinə sürətli köçün başlandığını deyən rektor bu dinamik inkişafı Azərbaycan xalqının yenilməz ruhunun, sarsılmaz iradəsinin, dövlət-xalq birliyinin təntənəsi adlandırıb. Xankəndidə azad edilmiş torpaqların gələcəyinin qurulmasında strateji rol oynayan Qarabağ Universitetinin yaradılmasını ayrıca vurğulayan Yaqub Piriyev Prezidentin rəhbərliyi ilə görülən işlər nəticəsində elm və innovasiyanı birləşdirən bu ali məktəbin beynəlxalq akademik mərkəzə çevriləcəyini, regionun dayanıqlı və uzunmüddətli inkişafına xidmət edəcəyini bildirib.

Çıxışının sonunda rektor qələbə ruhunun daim yaşayacağına, torpaqlarımızda sülh, inkişaf və tərəqqinin əbədi hökm sürəcəyinə dərin inamını ifadə edib.

Sonra tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev və BMU-nun “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasının I kurs tələbəsi, 19 yaşında Azərbaycan Respublikasının ən ali hərbi təltifi - Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş Azər Abdullazadə çıxış ediblər.

Tədbir BMU-nun bədii yaradıcılıq kollektivinin hazırladığı maraqlı bayram proqramı ilə başa çatıb.
BMU-da Zəfər Günü qeyd olundu
BMU-da Zəfər Günü qeyd olundu
BMU-da Zəfər Günü qeyd olundu
BMU-da Zəfər Günü qeyd olundu


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi